“Lalə də Damla kimi oxuyur”backend

“Lalə də Damla kimi oxuyur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İfaçı Damlanı 10-cu pilləyə layiq görərək “Tamaşaçılarına hörmətim var, amma mənim zövqümdə deyil. Radioda səsini eşidəndə çevirirəm” söyləyib.

9-cu pillədə Rəhim Rəhimlini görən Nadir onun haqqında “Yaxşı bəstəkardır, pis də oxumur” deyib.
Qafarzadə Əhməd Mustafayevi 8-ci, Zamiqi 7-ci, Murad Arifi 6-cı, Lalə Məmmədovanı isə 5-ci pillədə görüb.
Nadir əməkdar artist Lalə Məmmədovanı xalq artisti Brilliant Dadaşova ilə barışığa səsləyib:
\”Lalənin ifası akademik, peşəkar olsa da, hitləri azdır. Eyni tərzdə oxuyur. Biri bitir, digəri başlayır. Damlada olduğu kimi, Lalə xanımın mahnılarında da oxşarlıq var. Ruhu Brilliant xanıma yaxındır. Demirəm ki, oxşadır. Amma özü istəmədən onun ifa tərzinə bənzəyir. Amma oxşarlar heç vaxt uğurlu olmur. Lalə düz eləmir. Yaşda da, sənətdə də kiçikdir. Yaşda və sənətdə ondan böyük olan birinə jest edərsə, hörmətli olar, heç vaxt alçalmaz, kiçilməz”.

Nadir 4-cü yerə Tünzalə Ağayevanı, 3-cü yerə Natavan Həbibini, 2-ci yerə “Sənətkarım” adlandırdığı Elton Hüseynəliyevi layiq görüb. “Hit parad”ın qalibi isə xalq artisti Aygün Kazımova olub:

“Bu insanı müzakirə etməyə dəyməz. Mən Aygünü ümumiyyətlə 10-luqda görmürəm. O, artıq əlçatmaz zirvələrdədir”.
Nadir “Hit Parad”dan Roza Zərgərlini uzaqlaşdırıb. (axşam.az)

İnterpress.az