Fransa nümayəndə heyəti Azərbaycana gəldibackend

Fransa nümayəndə heyəti Azərbaycana gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Paris Azərbaycan Evinin sədri, Avropa Azərbaycanlıları Konqresi (AAK) İdarə heyətinin üzvü Mirvari Fətəliyeva APA-ya bildirib ki, nümayəndə heyətinə Azərbaycanın Dostları Assosiyasiyasının (ADA) prezidenti Jan Fransua Mansel, Kolmar şəhərinin meri Jilbert Meyer, fransız incəsənət xadimi Rosella Mangeruca, ADA İdarə heyətinin üzvü, iş adamı Daniel Russo və digər şəxslər daxildir.

Otuz nəfərdən ibarət nümayəndə heyətinin səfərini Paris Azərbaycan Evi təşkil edib. Səfər “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində baş tutub. Mayın 8-dək davam edəcək səfərdə nümayəndə heyəti Azərbaycanın turizm potensialı, mədəniyyət ocaqları, ölkə həqiqətlərini əks etdirən yerləri ilə tanış olacaq, bir sıra görüşlər keçirəcəklər.

İnterpress.az