Ağacan Abıyevdən Orduxan Teymurxana MÜRACİƏT: “Hünərin varsa, gəl!”backend

Ağacan Abıyevdən Orduxan Teymurxana MÜRACİƏT: “Hünərin varsa, gəl!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev deyib.

O, bir həftəyə yaxın Yunanıstanda səfərdə olacağını söyləyib:

\”Təqribən 5-6 gün Yunanıstanda keçiriləcək tədbirlərdə iştirak edəcəm. Tədbir Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Akademiyası tərəfindən təşkil olunacaq. Həmin tədbirdə mən də hesabatla çıxış edəcəm. Hazırda həmin səfərə hazırlaşıram\”.

Ağacan Abıyev Avropada Azərbaycan hakimiyyəti əleyhinə söyüş kampaniyası aparan Orduxan Teymurxanın digər azərbaycanlı millət vəkilləri kimi onun da qarşısına qəfil çıxma ehtimalının olduğunu bildirib:

\”Təyyarə reysim mayın 3-də paytaxt Afinaya olacaq. Buradan Orduxan Teymurxana müraciət edərək bildirirəm ki, hünərin varsa, gələcəm Avropaya. Buyurub üzbəüz mənə sözünü deyə bilərsən. O, qarşıma çıxsa, əmin olsun ki, layiqli cavabını alacaq\”.

Xatırladaq ki, bu yaxınlarda millət vəkili Ağacan Abıyev Orduxan Teymurxanı rinqə çıxmağa çağırmışdı.

İnterpress.az