Bayram Səfərov: Ermənilər harada istəyirlərsə, görüşə hazırıq – VİDEObackend

Bayram Səfərov: Ermənilər harada istəyirlərsə, görüşə hazırıq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistanın yeni baş naziri məlum olacaq. Seçkilərin günü bir neçə gün əvvəl təyin edilsə də, hakim partiyanın bu seçkini pozmaq cəhdləri ilə bağlı məlumatlar yayıldı.

Məlumata görə Respublika Partiyası bu gün səhər saat 09:30-da təcili iclas keçirib. İclasda partiyanın baş nazir seçkisində tutacağı mövqe müzakirə edilib.

Qeyd edək ki, Paşinyan Serj Sərkisyanın öz partiyasını yığaraq, baş nazir seçkisinə mane olmaları haqqında tapşırıq verdiyini bəyan edib.

Vəziyyətin gərginliyini nəzərə alan Paşinyan tərəfdarlarını küçələrə səslədi. İndi narazı elektorat komandirlərindən əmr gözləyən əsgər təəssüratı yaradır.

İrəvanın Respublika meydanı, Respublikaçı Sarkisyana nifrət çəlləyinə oxşayır.

Paşinyan bu seçkidə yeganə namizəddir, deməli o, həm də hələlik yeganə qurbanlıqdır. Ermənistanda marağı olan ölkələr arasında guya balanslı oyun oynamağa çalışan Nikol, eyni zamanda daxili auditoriyaya hesablanan sərt Qarabağ bəyanatı verməklə, Qarabağ kartından kimlərinsə ona qarşı istifadəsini neytrallaşdırmağa çalışdı.

Bu bəyanat elə bir vaxta təsadüf etdi ki, Baş Nazir seçkisinə saatlar qalırdı. Xülasə, bu gün bəlli olacaq ki, İrəvanda vaxt, yəni saat kimə işləyəcək…

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov ilə \”Real Vaxt\” verilişində müzakirə edilib.

İnterpress.az