İlham Əliyev Polşa Prezidentinə məktub göndərdibackend

İlham Əliyev Polşa Prezidentinə məktub göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan ilə Polşa arasındakı əlaqələr zəngin ənənələrə malikdir. Keçən il ölkənizə səfərim zamanı strateji tərəfdaşlığa dair imzaladığımız Birgə Bəyannamə ikitərəfli münasibətlərimizin tarixində yeni səhifə açıb.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran bir sıra mühüm sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

İnterpress.az