Mədəniyyət Nazirliyinin şöbə müdiri işdən çıxıb – FOTObackend

Mədəniyyət Nazirliyinin şöbə müdiri işdən çıxıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyinin Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəliyinin müdiri Rəşad Salmanov vəzifəsindən çıxıb.

Bu barədə İnterpress.az-a Rəşad Salmanov özü məlumat verib.

O bildirib ki, 2 il müddətinə işlədiyi vəzifəsindən öz ərizəsi ilə çıxıb:

\”Bu sahədə qısa müddət işləsəmdə, bu sahəni qəlbən sevdim. Kollektivimlə əl-ələ verib bu 2 il 25 gün ərzində hər zaman ilklərə imza ataraq daima uğurlara nail olduq. Uğurlarımıza sevinib bizlərə dəstək olanlar da oldu, gözü götürməyib maneçilik törədənlər də oldu. Lakin heç zaman ruhdan düşmədik, üğurlarımızla qürrələnib dikbaşlıq etmədik. Bu iki il iyirmi üç illik əmək fəaliyyətimin ən şərəfli illəri oldu. Təəssüflər olsun ki, bu gün istəməsəm də sizlərin şərəfli cərgəsindən ayrılmalı oldum. Türklər demişkən, kader. Əsas odur ki, sizin kimi dostları tanıdım və hər zaman yaşadığım rayonda gəzərkən zəhmətimin bəhrələrini baxaraq fəxrlə bunu etdim deyə biləcəm. Bütün kollektivimə öz minnətdarlığımı bildirirəm. Hər birinizə işlərinizdə uğurlar arzulayıram\”

Mədəniyyət Nazirliyinin şöbə müdiri işdən çıxıb - FOTO

Səid Qərib
İnterpress.az