Lənkəranski ölməyib, üzünü əməliyyatla dəyişdirib? – DİN-dən açıqlamabackend

Lənkəranski ölməyib, üzünü əməliyyatla dəyişdirib? – DİN-dən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü Əvəz Əliyev (Əvəz Baba) kimi təqdim edən bir nəfər a24.az-a Lənkəranskinin yaşadığını, üzünü və səsini əməliyyatla dəyişdiyini iddia edib.

Ə.Əliyev qeyd edib ki, bu xəbəri Lənkəranskinin özünün xahişi ilə yayımlayıb:

\”Rövşən Lənkəranski yaşayır, həqiqətdir, sadəcə olaraq bəzi instinkt hərəkətlərindən onu tanıdım, üzü dəyişib. Səsini də aprelin 10-da əməliyyatla dəyişdilər. Hazırda özünün xahişi ilə yerini açıqlamırlar, sadəcə bilin ki, o, həyatdadır, ölməyib və kənardan olan-bitən hər şeyi izləyir”.

İddiaçı bildirib ki, bu xəbəri yaymaqda məqsəd məktəblərdə baş verən hadisələrlə bağlıdır: \”Düşmənlər bilsin ki, Lənkəranski sağdır”.

Faktor.az məsələ ilə bağlı DİN-in mətbuat orqanı ilə əlaqə saxlayıb. İddiaya cavab olaraq, DİN əməkdaşı \”bu məsələ ilə bağlı sonra danışarıq”, cavabını verib.

İnterpress.az