Türkiyəyə qanunsuz keçməyə çalışan 10 nəfər saxlanıldı – Aralarında Azərbaycan vətəndaşı da varbackend

Türkiyəyə qanunsuz keçməyə çalışan 10 nəfər saxlanıldı – Aralarında Azərbaycan vətəndaşı da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, saxlanılan şəxslər arasında 1 Azərbaycan vətəndaşı da var.

Azərbaycan vətəndaşı 3 Banqladeş vətəndaşı ilə Gürcüstan-Türkiyə sərhədində yerləşən Vale sərhəd-keçid məntəqəsi yaxınlığında dövlət sərhədini qanunsuz keçməyə cəhd edib. Qonşu ölkənin dövlət sərhədini pozmağa cəhd edən daha 5 Banqladeş və 1 Gürcüstan vətəndaşı isə Axaltsixe rayonunda Caral sərhəd bölməsi ərazisində saxlanılıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər sərhəd-keçid məntəqələrindən yan keçməklə Türkiyə ərazisinə daxil olmağa cəhd ediblər. Onları 4 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

İnterpress.az