16 yaşlı qıza təcavüz edib diri-diri yandırdılarbackend

16 yaşlı qıza təcavüz edib diri-diri yandırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az A24.Az-a istinadən xəbər verir ki, dünyada ən çox cinsi təcavüzün baş verdiyi ölkələrdən olan Hindistan bir daha kütləvi təcavüz və vəhşi cinayətlə sarsılıb.

Hindistanın şərqindəki Carkhand əyalətində Raja Kendua kəndi yaxınlığındakı meşədə 16 yaşında bir qıza iki oğlan təcavüz edib. Qızın ailəsinin vəziyyəti bildirdiyi kəndin ağsaqqallar heyəti iki təcavüzçünün 100 şallaq 750 dollar təzminat ödəməsinə hökm edib. İki təcavüzçü bu qərara o qədər hirslənib ki əvvəl qızın ailəsini faciəli şəkildə döyüb sonra da evə gedərək qızı diri-diri yandırıblar. Bu zaman yanlarında başqa cinayət ortaqları da olduğu da bildirilib. Polis, zorakılıq və təqib olunan cinayətlə bağlı istinaq əməliyyatı zamanı 18 nəfərdən 14-nü nəzarət altına aldığını bildirib.

Ancaq təcavüz etdiyi güman edilənlərdən biri ilk nəzarət altına alınanlar arasında yer almır.

16 yaşlı qıza təcavüz edib diri-diri yandırdılar

İnterpress.az