Bakıda ət dükanından 30 kilo dana əti oğurladılarbackend

Bakıda ət dükanından 30 kilo dana əti oğurladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 6-sı saat 05:55 radələrində Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Çobanzadə küçəsində yerləşən, paytaxt sakini, N.Hüseynova məxsus “Səyyar” ət dükanından 300 manat dəyərində olan 30 kiloqram dana ətini oğurlamağa cəhd göstərən şəxsi yaxalayıb.

Araşdırma zamanı ət oğurlayan şəxsin Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Mirzəyev Səbuhi Əlimcan oğlu olması müəyyənləşdirilib.

Faktla bağlı Nizami RPİ-nin 24-cü PB-də araşdırma aparılır.

İnterpress.az