Pambıq becərməyə gedən 5 qadın faciəvi şəkildə öldü – Sabirabadda dəhşətli qəza / Yenilənib – 2backend

Pambıq becərməyə gedən 5 qadın faciəvi şəkildə öldü – Sabirabadda dəhşətli qəza / Yenilənib – 2

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 5 nəfərin boğularaq öldüyü bildirilir.

APA-nın xəbərinə görə, ölənlərin hamısı qadındır. İlkin məlumatda onlardan 3-nün bir ailənin üzvü olduğu deyilir.

Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

* * * * * *

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az APA-ya istinadən xəbər verir ki, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 6 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb.

İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.

İnterpress.az