Milli Aviasiya Akademiyasından ölən tələbə ilə bağlı AÇIQLAMA – FOTObackend

Milli Aviasiya Akademiyasından ölən tələbə ilə bağlı AÇIQLAMA – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Milli Aviasiya Akademiyasından məlumat verilib.

Məlumata görə, mərhum tələbənin vaxtsız vəfatı ilə bağlı təhsil ocağında onun şəkilləri xüsusi güşələrdə yapışdırılacaq:

\”Biz də bu gün eşitmişik məlumatı. Amma hadisə ötən həftənin 5-ci günü baş verib. Sadəcə, qeyri-iş günü olduğundan məlumat bu gün internter resurslarında yayılmağa başlayıb. S.Teymurlu nizamlı-intizamlı tələbə idi. Ümumiyyətlə, bizim akademiyada intizamsız tələbə yoxdur. Bizim akademiya müvafiq ali təhsil verməklə yanaşı, ideal insan, vətəndaş yetişdirir. S.Teymurlunun vaxtsız vəfatı ilə bağlı akademiya adından dərin hüznlə başsağlığı bildiririk. Hadisəni bu gün eşitdiyimizə görə, anım tədbiri keçirməyi planlaşdırırıq. Çünki, bizim akademiyada belə hal olanda anım tədbirləri keçirilir və mərhumun fotoları akademiyada xüsusi güşələrdə yapışdırılır. Akademiyanın heyyəti də o güşənin yanından keçəndə təzim edir və başsağlığı bildirirlər.\”

Qeyd edək ki, metronun “20 Yanvar” stansiyasında 1998-ci il təvəllüdlü Sahil Teymurlu ürəktutmadan dünyasını dəyişib. S.Teymurlu Bakı Aviasiya Akademiyasının 3-cü kurs tələbəsi olub.

Səid Qərib
İnterpress.az

Milli Aviasiya Akademiyasından ölən tələbə ilə bağlı AÇIQLAMA - FOTO

Milli Aviasiya Akademiyasından ölən tələbə ilə bağlı AÇIQLAMA - FOTO