Sərxoş kişi arvadını bıçaqlayıb balkonda yuxuya getdibackend

Sərxoş kişi arvadını bıçaqlayıb balkonda yuxuya getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Malatya şəhərində baş verib.

Belə ki, 37 yaşlı Nuray M. evə sərxoş vəziyyətdə gələn 40 yaşlı həyat yoldaşı Hüseyn M. tərəfindən bıçaqlayıb. Arvadını qətlə yetirməyə cəhd göstərən kişi daha sonra spirtli içkinin təsirindən yaşadığı hündürmərtələbi binanın eyvanında yuxuya gedərək yatıb.

Hadisə axşam saatlarında baş verdiyindən, təsadüfdən, evə qonaqlar gəlib. Qonaqlar qadının yaralı olduğunu görüb dərhal hadisə yerinə təcili tibbi yardımı çağırıblar.

Hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları tərəfindən ilkin müayinə edilən yaralı qadın xəstəxanaya yerləşdirilib.

Hadisədən xəbər tutan polis əməkdaşları evə baxış keçirən zaman cinayət törətməkdə şübhəli bilinən kişinin eyvanda yatdığını görüblər.

Daha sonra kişi polislər tərəfindən saxlanılaraq şöbəyə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az