Tez-tez duş qəbul etsəniz kor qala bilərsiniz – Alimlər xəbərdarlıq etdibackend

Tez-tez duş qəbul etsəniz kor qala bilərsiniz – Alimlər xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb alimləri tamamilə gözlənilməz və şok edən bir versiya irəli sürüblər: sən demə, tez-tez duş və ya vanna qəbul etmək olmaz. Belə ki bu, sağlamlığa mənfi təsir göstərə bilər.

Araşdırmaçıların fikrincə, gün ərzində bir neçə dəfə isti su və sərt növdə olan sabunlardan istifadə edərək duş və ya vanna qəbul edən insanlar digərlərinə nisbətən daha çox dəri xəstəliklərinə yoluxurlar. Həkim-dermatoloq Zleyn Kuk hesab edir ki, su insan bədəninin üst səthini təbii müdafiəsindən məhrum edə bilər. Buna görə də, gün ərzində 2 dəfədən çox çimmək məsləhət görülmür.

Lakin alimlər insanları çimməkdən tamamilə imtina etməməyə də çağırırlar. Həkimlərin sözlərinə görə, yuxudan oyandıqdan sonra və yatmazdan öncə çimmək təmizliyi saxlamağa kömək edər və sağlamlığa ziyan vurmaz. (yenicag.az)

İnterpress.az