Sosial şəbəkələr qadınlar üçün təhlükəlidir – SƏBƏBbackend

Sosial şəbəkələr qadınlar üçün təhlükəlidir – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyalı alimlər maraqlı araşdırma aparıblar. Onlar bu qənaətə gəliblər ki, sosial şəbəkələr qadınlar üçün təhlükəlidir. İnterpress.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, zərif cinsin nümayəndələri fotobloqlarda və sosial şəbəkələrdə daha çox vaxt keçirdikcə onların özlərinə inamı azalır və kompleks yaranır.

Araşdırma gün ərzində vaxtının çox hissəsini sosial şəbəkələrdə keçirən qadınlar arasında aparılıb. Məlum olub ki, belə qadınlar günü-gündən öz xarici görünüşlərini bəyənmirlər.

Eyni zamanda fotobloqlara daha çox daxil olan qızlar da öz görünüşlərini bəyənmir və stress keçirirlər. Bu da orqanizm üçün çox təhlükəlidir. Və bu stress qadınları uzun müddət tərk etməyə bilər.

İnterpress.az