“Yuventus” İtaliya Kubokunun finalında “Milan”ı darmadağın edibbackend

“Yuventus” İtaliya Kubokunun finalında “Milan”ı darmadağın edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Romanın \”Olimpiko\” stadionunda keçirilən görüş 4:0 hesabı ilə Turin komandasının xeyrinə başa çatıb.

Matçda bütün qollar ikinci hissədə vurulub. Müdafiəçi Mehdi Benatia dubl edib, daha bir qolu isə xavbek Duqlas Kosta vurub. Oyunda son nöqtəni milanlıların forvardı Nikola Kaliniç qoyub. O, topu öz qapısına göndərib.

Beləliklə, \”Yuventus\” ardıcıl dörd, tarixində isə 13-cü dəfə İtaliya Kubokunun qalibi olub. Qələbə sayına görə turinlilərin ən yaxın izləyicisi \”Roma\”dır (9), \”Milan\” Kuboka 5 dəfə sahib çıxıb.

İtaliya Kuboku. Final

\”Yuventus\” – \”Milan\” – 4:0

Qollar: 1:0 – Benatia – 56, 2:0 – Kosta – 61, 3:0 – Benatia – 64, 4:0 – Kaliniç – 76 (avtoqol).

İnterpress.az