Azərbaycanlı jurnalistə “Google”da yüksək vəzifə verildibackend

Azərbaycanlı jurnalistə “Google”da yüksək vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az publika.az-a istinadən xəbər verir ki, hazırda Nyu-Yorkda yaşayan Röyal Paşayev 25 dekabr 1985-ci ildə Gəncədə anadan olub. Sonradan ailəsi ilə birlikdə Ukraynaya köçüb. Orada orta məktəbi bitirdikdən sonra valideynləri yenidən Bakıya qayıdıb və o, 2003-cü ildə jurnalist kimi işə başlayıb. 2004-cü ildə Odlar Yurdu Universitetinə daxil olub, 2008-ci ildə isə jurnalistika üzrə magistr dərəcəsini alıb.

R. Paşayev H.O.S.T-un təsisçilərindən biri və \”MadHouse Community\” musiqi leyblının meneceridir.

2007-ci ildə fəaliyyətə başlayan H.O.S.T-un yaradıcılarından biri olan R.Paşayev qrupun bütün simvollarının, posterlərinin, konsertlərin vizual dizaynlarının, eləcə də yüzlərlə mahnı albomunun üz qabığının müəllifidir.

2015-ci ildə Royal Paşayev \”Magdalena\” adlı incəsənət layihəsini təqdim edib. Bu layihənin fərqi onda idi ki, rəssam məşhur qadınları fərqli hicablarda təsvir etmişdi.

İnterpress.az