Bahar Muradova deputatlara: “Nədən çəkindiniz, sosial şəbəkələrdənmi?”backend

Bahar Muradova deputatlara: “Nədən çəkindiniz, sosial şəbəkələrdənmi?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vitse-spiker Bahar Muradova bu fikirləri Milli Məclisdə, Heydər Əliyevin 95 illiyi ilə bağlı keçirilən xüsusi iclasda söyləyib. B.Muradova deyib ki, H.Əliyevi vaxtilə tənqid edənlər elə bu salonda əyləşiblər: “Ötən 15 il ərzində onlar Heydər Əliyev şəxsiyyətinin kim olduğunu anlamağa başladılar”. Vitse-spiker vaxtilə H.Əliyevə müxalifətçilik etmiş deputatlara xitabən onların iclasda çıxışa yazılmamasından təəssüfünü ifadə edib: “Nədən çəkindiniz, sosial şəbəkələrdənmi? Hesab edirəm ki, böyük şəxsiyyət haqqında, hətta özünü təkzib etdiyin halda belə, ürək sözünü söyləmək lazımdır”.

İnterpress.az