Siyavuş Novruzov: “Vaxtilə çörək verdikləri bu məclisdə onun üzünə dururdu”backend

Siyavuş Novruzov: “Vaxtilə çörək verdikləri bu məclisdə onun üzünə dururdu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

S.Novruzov Məclisdə çıxış edənlərə təşəkkür etsə də, ardınca maraqlı bir eyham vurub: “Kaş bu çıxışlardan iki-üçü 90-cı illərdə olardı, bir qəzet məqaləsi verilərdi, o da təskinlik tapardı. Heydər Əliyev ziyalılara çağırış etmişdi, Naxçıvana dəvət etmişdi, ancaq vaxtilə onun ad verdiyi insanlar bu çağırışa səs vermədilər. Heydər Əliyevi ağrıdan o idi ki, vaxtilə çörək verdikləri bu məclisdə onun üzünə dururdu”.

Deputat ardınca bildirib: “Partiya yaratmaqla bağlı zənglərə, müraciətlərə cavabında Heydər Əliyev deyirdi ki, mən bir dəfə partiya yaratdım, o partiya mənə naxələf çıxdı, ona görə ikinci partiyaya ehtiyac yoxdur. Amma sonra yaratdığı YAP bütün regionda ən güclü partiyaya çevrildi. Burda oturanların hamısının üzərində Heydər Əliyevin haqqı var. Bizim borcumuz odur ki, onun siyasi varisinə dəstək olmaqdır”.

Deputat Elmira Axundova isə 90-cı illərin əvvəllərində, Naxçıvanda deputat həmkarı İsa Həbibbəyli ilə birgə Heydər Əliyevlə görüşünü xatırlayıb. O bildirib ki, Heydər Əliyev tezliklə imperiyanın dağılacağını deyirmiş. Mən Heydər Əliyevə baxırdım və düzünü desəm, onun proqnozlarına inanmırdım. Amma çox keçmədi ki, onun proqnozları özünü doğrultdu”.

İnterpress.az