Külli miqdarda pul mənimsəmiş jurnalist geri çəkildibackend

Külli miqdarda pul mənimsəmiş jurnalist geri çəkildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Teylor Fətişoğlu apellyasiya şikayətindən imtina etdiyini deyib. Məhkəmə apellyasiya baxışına xitam verilib.

Qeyd edək ki, T.İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək onun 15 min 500 manatını, digər zərərçəkmiş Zaur Məmmədovu isə başqa qurumda işə düzəldəcəyini bildirərək onun 13 min manat pulunu ələ keçirib. O, ümumilikdə, 20-dən çox zərərçəkmişə qarşı 100 min manatdan çox dələduzluq edib.

Cinayət işində şahid qismində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun da adı keçir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.İbrahimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Xatıradaq ki, T.İbrahimov Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub. (lent.az)

İnterpress.az