Qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin problemləri həll olunacaq? – Rövşən Rzayevdən açıqlamabackend

Qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin problemləri həll olunacaq? – Rövşən Rzayevdən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, R.Rzayev məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkib, onların problemləri ilə yerində tanış olub.

Prezident İlham Əliyevin hər zaman qaçqın və məcburi köçkünləri diqqətdə saxladığını vurğulayan Dövlət Komitəsinin sədri qeyd edib ki, onların həyat şəraitinin daha da yaxşılaşdırılması yönündə ölkə başçısı tərəfindən davamlı olaraq böyük işlər görülür.

O, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlər üçün müasir tipli binaların tikildiyini, yaxın zamanlarda qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli istiqamətində addımlar atılacağını diqqətə çatdırıb.

Bildirib ki, öncə qəzalı binalarda, ağır şəraitdə yaşayan məcburi köçkünlərin problemləri mərhələli şəkildə həll ediləcək.

R.Rzayev digər rayonlarda da məcburi köçkünlərlə bu cür görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Görüşdə Dövlət Komitəsinin sədr müavinləri, Nərimanov, Binəqədi və Xətai rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

İnterpress.az