Səlim Müslümov 15 ilədək həbs oluna bilərbackend

Səlim Müslümov 15 ilədək həbs oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hüquqşünas Türkel Süleymanlı sfera.az-a açıqlamasında sabiq nazirin hansı maddələrlə cinayət məsuliyyətinə cəlb oluna biləcəyindən danışıb:

\”Sabiq nazir haqda deyilənlər təsdiqini taparsa, bu zaman o Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma), 179-cu maddəsi (dövlət əmlakının mənimsənilməsi), 308 və 330cu maddəsi (vəzifə səlahiyyətlərinin aşılması və vəzifədən sui-istifadə) ilə məsuliyyətə cəlb oluna bilər. Bu maddələrin hər biri ağır maddələr hesab edilir. Bu zaman 3 ildən 15 ilədək həbs cəzası ilə bağlı qərar verilə bilər. Bir neçə maddə ilə məhkum edilsə, o zaman uzun müddətli həbs cəzası kəsilə bilər”.

Xatırladaq ki, yerli mətbuatada yer alan xəbərlərdə bildirilir ki, Hesablama Palatası sabiq əmək və əhalinin sosial müdafiəsi nazirinin nəzarət etdiyi Pensiya Fondunda ciddi qanunsuzluqlar aşkarlayıb; ölmüş şəxslərə pul \”ödənib”, bir adam 2 rayondan pensiya alıb.

Bu barədə Hesablama Palatasının ötənilki fəaliyyətinə dair hesabatında məlumat verilib. Sənəddə qeyd olunur ki, 2016-cı ildə ilin əvvəlinə nisbətən sonunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fonduna borcu 21 milyon 612,2 min manat və ya 6,7 faiz artaraq 342 milyon 877,2 min manat təşkil edib.

İnterpress.az