Gənəgərçək orqanizmdə lazımsız nə varsa çıxaracaq – Bilmədiyiniz sirrbackend

Gənəgərçək orqanizmdə lazımsız nə varsa çıxaracaq – Bilmədiyiniz sirr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənəgərçək yağında çoxlu orqanik təmiz turşular var ki, onlar bağırsağın peristaltikasını yaxşılaşdırır.
Bağırsağa düşən gənəgərçəyin təsirindən hüceyrələr aktivləşir, pompa kimi işləməyə başlayır. Bunun sayəsində mədə-bağırsağa qan dövranı yüksəlir, toksiki maddələr sanki süpürülüb orqanizmdən çıxarılır.

Medicina.az gənəgərçəklə orqanizmi təmizləməyin metodunu təqdim edir. Yaxşı olar ki, cümə günü başlayasız ki, sonrakı günlər evdə ola biləsiz.
Axşam 2 xörək qaşığı gənəgərçək yağı için. İçərkən qaynadılmış su ilə birgə qəbul edin. Arıq insanlar 1 xörək qaşığı, 80-100 kilo arası insanlar 2 xörək qaşığı.

Səhərə yaxın tualetə tez-tez gedə bilərsiz.
Şənbə günü səhər 1 xörək qaşığı qəbul edin və həmin gün evdən çıxmayın.
3 saatdan sonra yüngül səhər yeməyi yeyirsiz.

Axşam 20:00-da daha bir qaşıq içirsiz. Yatana kimi 2 dəfə tualetə çağırış olacaq.
Bazar günü istirahət verirsiz. Yağ içmirsiz. Evə yaxın yerdə gəzişə, təmiz su içə bilərsiz.
Bu təmizlənmə metodunu 3 həftə ardıcıl edin. İldə 2 dəfə təkrar etsəz yetərlidir.

Düzdür, ilk dəfə üçün bu yağın qəbulu orqanizm üçün şok effekti yaradacaq. Xüsusən bədəni toksin, şlakla dolu olanlar üçün. Amma orqanizm 2 sutkaya buna alışacaq.

Prosedur günlərində qaraciyəri dəstələmək üçün limondan bol istifadə lazımdır.

Kİmlərə bu metod lazımdır:
-Allergik xəstəliyi olanlara
-Astma, revmatizm, artritlərdə
-Dəri problemləri olanlar
-Qəbizliyi olanlar
-Əsəbi insanlar
-Həzm pozğunluğu olanlara

İnterpress.az