Bu kəşf tibb tarixini dəyişəcəkbackend

Bu kəşf tibb tarixini dəyişəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az publika.az-a istinadən xəbər verir ki, Kembric universitetində aparılan araşdırma nəticəsində 4500 yaşlı skeletdə hepatit B virusu aşkarlanıb.

Bu da alimlərin yayılan virus xəstəlikləri daha yaxşı təhlil etmələrinə imkan yaradır. Aşkarlanan virus hepatit B-nin mutasiyaya məruz qalmadan əvvəlki yox olmuş halı kimi dəyərləndirilir. Onun skelet üzərində aşkarlanan ən qədim virus olduğu güman edilir. Bu kəşfdən əvvələ qədər insanlar ən qədim virusun 450 yaşı olduğu qənaətində idi.

300 skelet üzərində aparılan araşdırmanın nəticəsi \”Nature\” jurnalında yayımlanıb.

İnterpress.az