Politoloq: “İranla müharibə hər şeyi alt-üst edə bilər”backend

Politoloq: “İranla müharibə hər şeyi alt-üst edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Birgə Hərtərəfli Hərəkət Planından çıxdıqdan sonra İranla “yaxşı saziş” imzalamaq istədiyini bildirib. Politoloq İnterpress.az xəbər verir ki, Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, ABŞ və İran arasında gərginliyin artacağı real gözləntidir:
“Tərəflər arasında qarşıdurma meylləri durmadan güclənir. Tramp davakar administrasiyasının köməyi ilə İrandakı rejimi dəyişmək istəyir. Bunu ABŞ-ın qaydasız döyüşü də adlandırmaq olar. ABŞ özünü polis qüvvəsi kimi aparır və çalışır ki, İranın sabitliyini pozsun. Regiondakı vəziyyəti bölgə dövlətləri bacardıqca nəzarətdə saxlamağa çalışırlar. İranın anti-terror sahəsində böyük xidmətləri var. Maraqlısı isə budur ki, regionda fəaliyyət göstərmək istəyən terror qruplaşmalarına qarşı mübarizə aparan İran ABŞ tərəfindən terror dəstəkçisi adlandırılır. Əminəm ki, gələcəkdə bu qarşıdurma şiddətlənəcək. Ümumiyyətlə İranla müharibə regionda hər şeyi alt-üst edə bilər”.

Donald Tramp ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi ilə (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan edib. ABŞ prezidenti həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.

İnterpress.az