Nizami Gəncəvi Beynəlxalq Mərkəzin  Baş Katibi Rövşən Muradov  Macarıstanın Dövlət Katibi İstvan Mikola ilə görüşübbackend

Nizami Gəncəvi Beynəlxalq Mərkəzin Baş Katibi Rövşən Muradov Macarıstanın Dövlət Katibi İstvan Mikola ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, görüşdə Mərkəz ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu və VI Qlobal Baku Forumunun Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu qeyd olundu . Dövlət Katibi İstvan Mikola ölkəsinin NGİC-ə mühüm tərəfdaş kimi yanaşdığını və mərkəzdə gördükləri inkişaf proseslərinin onlarda böyük təəssürat yaratdığını məmnunluqla qeyd etdi və əlaqəlrin daha da gücləndirilməsini bildirdi. Mərkəzin son zamanlar Balkan və Şərq ölkələrində əlaqələrin inkişafında mühüm rol oynadığı müzakirə edildi.
Qlobal Baku Forumunun Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu və növbəti tədbirin gələn il yenidən Bakıda təşkil ediləcəyini və Cənab Baş Nazir Viktor Orbánın tədbirə dəvət olduğunu bildirdi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzin  Baş Katibi Rövşən Muradov  Macarıstanın Dövlət Katibi İstvan Mikola ilə görüşüb

İnterpress.az