Xəlil Rzanın həyat yoldaşına dəyən ziyan ödənildibackend

Xəlil Rzanın həyat yoldaşına dəyən ziyan ödənildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə M. Şəmsiyevin F. Ulutürkə qarşı vurulan ziyanı ödədiyi məlum olub.

M. Şəmsiyev digər zərərçəkmişlərə vurulan ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib.

Proses mayın 18-də davam etdiriləcək.

İttihama görə, M. Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək, həyat yoldaşı Firəngiz Ulutürkə qarşı təxminən 4 min manat məbləğində dələduzluq edib.

İş üzrə daha bir neçə nəfərə qarşı dələduzluq edilib. Digər zərərçəkmişlərə vurulan ziyanın miqdarı 100 min manatdan çoxdur.

Həbs edilən M. Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. (apa)

İnterpress.az