Daha bir gəncə yüksək vəzifə verildi – FOTO – ÖZƏLbackend

Daha bir gəncə yüksək vəzifə verildi – FOTO – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın əldə etdiyi məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub. İcra Hakimiyyətinin ictimai-humanitar şöbəsinin baş məsləhətçi vəzifəsinə yeni təyinat olub.

Belə ki, icra başçısı Elmar Vəliyevin əmri ilə Teymur Ayaz oğlu Əliyev Gəncə Şəhər İcra hakimiyyətinin ictimai-humanitar şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, T.Əliyev bu təyinata qədər Global Karyera İnstitunun direktor müavini vəzifəsində çalışıb. Daha öncə, o, İDEA İctimai Birliyinin Gəncə Regional ofisinin rəhbəri olub.

Səid Qərib
İnterpress.az

Daha bir gəncə yüksək vəzifə verildi - FOTO - ÖZƏL