Azərbaycanın XİN başçısı: İŞİD-in məğlub edilməsi terror fəlakətinin aradan qaldırılması demək deyilbackend

Azərbaycanın XİN başçısı: İŞİD-in məğlub edilməsi terror fəlakətinin aradan qaldırılması demək deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda beynəlxalq konfransda deyib.

O vurğulayıb ki, İŞİD-in məğlub edilməsi terror fəlakətinin aradan qaldırılması demək deyil: \”Lakin terrorizmə qarşı müharibə hər hansı bir dini və ya mədəniyyəti hədəfə almaq üçün istifadə edilməməlidir. Terrorla mübarizə ilə bağlı tədbirlərin pro-aktiv olmasını təmin etmək də çox vacibdir. Terrorizmə qarşı mübarizə əhalinin məlumatlılığını artırmaq üçün önləyici yanaşmanı özündə əks etdirməlidir. Bu xüsusda, ekstremizmlə mübarizə məsələləri hökumət, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri, eləcə də dini icmalar, gənclər və qadın assosiasiyaları daxil olmaqla bütün maraqlı tərəflərin koordinasiyası və əməkdaşlığı vasitəsilə inkişaf etdirilməlidir\”. (report)

İnterpress.az