Paşinyan Putinlə danışıqlarda: “Hərbi-texniki əməkdaşlıq vacibdir” – VİDEObackend

Paşinyan Putinlə danışıqlarda: “Hərbi-texniki əməkdaşlıq vacibdir” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Soçidəki Avrasiya İqtisadi ittifaqı sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi ilk təkbətək görüşündə deyib.

İki ölkənin siyasi və iqtisadi sferalardakı əməkdaşlığına yeni impuls vermək niyyətində olduğunu bildirən Paşinyan, həmçinin hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Paşinyan son zamanlar Ermənistanda baş verən proseslərə Moskvanın münasibətinə də toxunub: “Mən Ermənistandakı daxili siyasi böhranla əlaqədar Rusiyanın olduqca “konstruktiv” mövqe nümayiş etdirməsini yüksək qiymətləndirirəm”

Vladimir Putin isə öz növbəsində Paşinyanı baş nazir seçilməsi münasibətilə bir daha təbrik edərək, Ermənistanı regionda yaxın partnyor və müttəfiq hesab etdiklərini bildirib. Bunun həm iqtisadi, həm də təhlükəsizlik məsələlərinə aid olduğunu vurğulayan Putin ümid edir ki, əlaqələrin dinamik inkişafı bundan sonra da qorunacaq.

İkitərəfli görüş daha sonra bağlı qapılar arxasında davam etdirilib. (AzVision.az)

İnterpress.az