Kiyevdə 20 azərbaycanlı miqrant saxlanıldı – VİDEObackend

Kiyevdə 20 azərbaycanlı miqrant saxlanıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Report” xəbər verir ki, bu barədə Milli Polisin Daxili Təhlükəsizlik Departamentinin mətbuat xidməti məlumat yayıb.

Saxlanılanlar arasında 20 Azərbaycan, 8 Banqladeş, 1 Tacikistan, 2 Özbəkistan və 1 Rusiya vətəndaşı var.

Onların hamısının Ukraynaya Rusiya ərazisindən keçdiyi və ümumiyyətlə heç bir sənədlərinin olmadığı müəyyən edilib.

Reyd zamanı ümumilikdə 98 qanunsuz miqrant saxlanılıb.

Saxlanılan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi və deportasiyası üçün lazımi sənədlərin hazırlanması məsələsinə baxılır.

İnterpress.az