Mən Sarkisyanı nokauta salmışam – Ağacan Abıyevbackend

Mən Sarkisyanı nokauta salmışam – Ağacan Abıyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SSRİ-dən ilk dəfə olaraq mənim adım hakim kimi Yunanıstanda Olimpiya muzeyində qeyd olunub. Çünki mən SSRİ dönəmində Dünya Olimpiya oyununa hakimlik etmişəm. Bunu əmircanlı balası, azərbaycanlı balası edib. Oxuyub, təhsil alıb, idmana çıxıb. Gedin axtarın arxivi görün mənim adım haralardadır. Muzeydə Beynəlxalq Boks Federasiyasının baş hakimi Ağacan Abıyev kimi qeyd olunmuşam”.

Bunu İnterpress.az-a açıqlamasında millət vəkili Ağacan Abıyev deyib.

Deputat onun əleyhinə yazı yazanlara səslənib:

“Ay mənim əleyhimə yazanlar, Allah görür ey bunları. Mən uşaqlıqdan fəhlə ailəsində böyüyüb bunları qazanmışam. Biz ailədə 11 nəfər olmuşuq – atam, anam və 9 uşaq olmuşuq. Əgər bir şəxs məni tanımırsa, niyə mənim ahqqımda pis şeylər yazır. Və ya tanıyırsa, bu uğurlarımı görmürlər? Məgər, azərbaycanlı deyillər?”
A.Abıyev qeyd edib ki, 20 yaşında erməni boksçu Qran Sarkisyanı nokautla yerə sərib: “Mən ömrümü idmana sərf etmiş bir adamam. Orta məktəbi 4-5 qiymətləri ilə bitirmişəm. Sonra da ömrümü-günümü idmana sərf etmişəm. 1957-ci ildə Azərbaycan, Gürcüstan, Ermənistan və Moldova dövlətləri arasında keçirilən çempionata qatılmışam. Həmin yarışın final mərhələsində erməni boksçu Qran Sarkisyanı birinci raundda nokautla yerə sərdim və birinciliyi mən qazandım. Halbuki, o, məndən 30 sm hündür idi. Onu nokautla udandan sonra SSRİ idman ustası adını aldım. Həmin zaman mənim 20 yaşım var idi”.

İnterpress.az