Ronaldonun anası: “Bizim evdə Messidən danışmaq qadağandı”backend

Ronaldonun anası: “Bizim evdə Messidən danışmaq qadağandı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbolçunun anası evlərində Lionel Messi ilə bağlı danışmaq qadağandı: \”Messi ilə önəmli bir rəqabəti var. Bu səbəbdən bizim evimizdə Messi haqqında danışmaq qadağandı\”.

Maria Dolores dos Santos Avyero oğlunun fizi göstəricilərindən də danışıb: \”Yuventus\”a vurduğu qoldan sonra fiziki göstəriciləri araşdırıldı, bialoji yaşının 23 olduğu ortaya çıxdı. Orta hesabla hər futbolçunun vücudundakı yağ faizi 11 olduğu halda Ronaldoda 7-di. Normal bir futbolçunun əzədə kütləsi 45-46 faizdi, oğlumda isə 50 faizdən artıqdı\”.

\”Bir ana olaraq onunla bağlı yazılar bəzən mənə acı verir. Həddən artıq çox tənqid edirlər, amma o bütün tənqidləri qəbul edə biləcək biridi. Oğlum bir maşın deyil, amma daha 3-4 il yüksək səviyyədə oynaya bilər. Oyunlarını televiziyadan izləməyə üstünlük verirəm. Çünki stadionda atmosfer mənə çox tez təsir edir. Bir dəfə huşumu itirmişdi. Həmin vaxtdan oğlum stadiona getməyimi yasaqladı\” deyə Ronaldonun anası bildirib. (qaynarinfo )

İnterpress.az