“Veysəloğlu”nun işçisinə hücum edərək 70 min manat aparan şəxslərdən daha biri tutuldubackend

“Veysəloğlu”nun işçisinə hücum edərək 70 min manat aparan şəxslərdən daha biri tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə musavat.com-a DİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70.000 manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü – Mingəçevir şəhər sakini Yaşar Kərimov da saxlanılıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

İnterpress.az