Bakı küçələrində ölüm saçan zibil maşınları – Fəhlələrin həyatı TƏHLÜKƏDƏ – FOTObackend

Bakı küçələrində ölüm saçan zibil maşınları – Fəhlələrin həyatı TƏHLÜKƏDƏ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın əməkdaşı Bakı yollarında zibil daşıyan maşınların əsl təhlükə mənbəyinə çevrildiyini müşahidə edib. Belə ki, paytaxtın küçə və prospektlərində hərəkətdə olan zibil daşıyan maşınların arxa hissəsindəki duracaqda işçilərin dayanması onların həyatı üçün ciddi təhlükəyə çevrilib.

Heç bir təhlükəsizliyi təmin olumayan işçilərin magistral yolda hərəkətdə olan maşının arxa hissəsindəki dəmir çıxıntılar üzərində dayanmaları hər an bədbəxt hadisənin baş verməsinə səbəb ola bilər.

Bu cür hallarla daha çox səhər saatlarında rastlaşmaq mümkündür. Belə ki, şəhərin müxtəlif ərazilərində məişət tullantılarının daşınması ilə məşğul olan zibil maşınlarının fəhlələri həyatlarını təhlükəyə atırlar.

Eyni zamanda, qanunda nəzərdə tutulmuş qaydada saatda 60 km-dən artıq sürətlə idarə olunmasına qadağa qoyulan zibil maşınlarının sürücüləri buna məhəl qoymur.
Mətbuatda sözügedən yük maşınlarının sürücülərinin qayda pozuntuları haqqında dəfələrlə məlumatlar dərc olunsa da, heç bir rəsmi şəkildə bu məsələyə reaksiya verilməyib. Ona görə də, zibil maşınlarının təhlükə mənbəyinə çevrilməsi açıq-aşkar faktdır.

Zibillərin daşınması ilə məşğul olan işçilərin hərəkətdə olan zibil maşınının arxasında ayaqüstə dayanmaları isə onların həyatlarını təhlükəyə atdıqlarından xəbər verir. Daha çox Bakının mərkəzindən kənardakı yollarda ölüm saçan bu nəqliyyat vasitələrinin, həmçinin, yolu keçən piyadalar üçün də təhlükə yaratmaları deyilir.

Əməkdaşımız belə hallardan biri ilə Masazır-Xırdalan yolunda rastlaşıb. Zibil daşıyan maşınların arxa hissəsində dəmir çıxıntılar üzərində dayanan fəhlələri əməkdaşımızla söhbətində maşının içərisində oturmadıqlarına aydınlıq gətiriblər. Fəhlələr bildirib ki, zibil qutularının yaxın məsafəli ərazilərdə yerləşdiyinə görə, əziyyət çəkib maşına minmirlər və eləcə, arxa duracaqda ayaqüstə dayanırlar.

Məsələ ilə əlaqədar olaraq İnterpress.az-a açıqlama verən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, qanunla bu, təbii ki, qadağandır: \”Zibil maşını yük avtomobili sayılır. İstər yük avtomobilində, istərsə də qeyri-avtomobildə sərnişinin nəzərdə tutulmuş oturacaqlardan kənarda daşınması qadağandır. Bu, çox təhlükəlidir. Xırda bir səhv manevr nəticəsində hər an bədbəxt hadisə baş verə bilər. Bunu edən sürücü də inzibati məsuliyyətə cəlb oluna bilər. Düşünürəm ki, bu məsələyə zibil maşınlarının aid olduğu qurumlar özləri nəzarət etməlidir. İcra hHakimiyyətlərinin tabeliyində kommunal-təsərrüfat idarələri bu işlə ciddi məşğul olmalıdır. Buradan aidiyyətə qurumlara səslənirəm ki, onlar işçilərinin həyatlarını təhlükəyə atmasınlar. Bir neçə gün bundan öncə, Sabirabadda traktorun aşması nəticəsində qoşuqusunda olan fəhlələrin dünyasını dəyişməsi buna misal ola bilər. Bu, bir riskdir. Hər an faciə ola bilər. Hesab edirəm ki, zibil maşınları tabeliyində olduğu idarə və qurumlar tərəfindən ciddi nəzarətə götürülməlidir və işçiləri təlimatlandırılmalıdır\”.

Ümid edirik ki, məsələ ilə əlaqədar olaraq, müvafiq qurumlar tərəfindən tədbirlər görüləcək və fəhlələrin həyat təhlükəsizliyi təmin olunacaq.

Səid Qərib
İnterpress.az

Bakı küçələrində ölüm saçan zibil maşınları – Fəhlələrin həyatı TƏHLÜKƏDƏ - FOTO

Bakı küçələrində ölüm saçan zibil maşınları – Fəhlələrin həyatı TƏHLÜKƏDƏ - FOTO

Bakı küçələrində ölüm saçan zibil maşınları – Fəhlələrin həyatı TƏHLÜKƏDƏ - FOTO

Bakı küçələrində ölüm saçan zibil maşınları – Fəhlələrin həyatı TƏHLÜKƏDƏ - FOTO

Bakı küçələrində ölüm saçan zibil maşınları – Fəhlələrin həyatı TƏHLÜKƏDƏ - FOTO

Bakı küçələrində ölüm saçan zibil maşınları – Fəhlələrin həyatı TƏHLÜKƏDƏ - FOTO