Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Əfran İsmayılov Qarabağdan getdi

Əfran İsmayılov "Qarabağ" klubu ilə yollarını ayırdığını təsdiqləyib.

Dərc edilib: 16 may 2018 [16:51]
Baxış sayı: 8764

Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılov "Qarabağ" klubu ilə yollarını ayırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Report-a 30 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. İsmayılov başa çatan müqaviləsinin uzadılmadığını açıqlayıb. O, hələlik yeni klubunun müəyyənləşmədiyini bildirib: "Həm ölkə daxilindən, həm də xaricdən təkliflərim var. Hazırda başım şəxsi məsələlərə qarışıb. Yaxın vaxtlarda qərarımı verəcəyəm".

Qeyd edək ki, Əfran İsmayılov 2015-ci ilin iyulundan "Qarabağ"da çıxış edirdi.

O, 2009 - 2013-cü illərdə də Ağdam komandasının formasını geyinib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 44