Heç vaxt yaddan çıxmayacaqsan, qardaşım… – Meyiti tapılan alpinistimizin yaxınıbackend

Heç vaxt yaddan çıxmayacaqsan, qardaşım… – Meyiti tapılan alpinistimizin yaxını

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alpinistlərimizin yaxınları bu xəbərlə sarsılıb.

Hüseynov Baburun dostu onun ölümündən kədərini bu sözlərlə ifadə edib:

\”Babura dair yaşam ümidlərimizin sonuna gəldik. Meyitlər tapıldı. Allah rəhmət eləsin, mənim əziz qardaşım. Heç vaxt yaddan çıxmayacaqsan, heç vaxt\”.

Qeyd edək ki, \”Gilavar\” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. Bu gün saat 18:00 radələrində isə axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq iki kişi və bir qadın meyiti və alpinistlərə aid digər əşyalar aşkar edilib. ( big.az )

İnterpress.az