Qız şagirdlərinə təcavüz edən 53 yaşlı müəllim intihar etdibackend

Qız şagirdlərinə təcavüz edən 53 yaşlı müəllim intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 9 şagirdinə təcavüz etməkdə ittiham edilərək həbs olunan 53 yaşlı müəllim özünü asaraq intihar edib.

İnterpress.az xəbər verir ki, ötən ilin fevral ayında bir neçə valideyn polisə müraciət edərək, sinif rəhbəri Fərrux A.-nın qız uşaqlarına qarşı nalayiq hərəkətlər etdiyini bildirib.

Təcavüz edilən 9 qız şagird müəllim və psxioloq qarşısında ifadə verib. Şagirdlər müəllimin onlara əllə nalayiq hərəkətlər etdiyini bildiriblər.

İddiaya görə, müəllim Fərrux A. pulu olub–olmamasını öyrənmək məqsidlə əlini qızların cibinə soxub onlara sataşırmış. Müəllim deyilənləri inkar edərək izahat verdikdən sonra həbs edilib.

Məlumata görə, ötən gün Fərrux A. öz gecə geyimi ilə kamerada özünü asıb. Onun meyidini kamera yoldaşları aşkarlayıb. Hadisə ilə bağlı cinayət işi açılıb. (sputnik.az)

İnterpress.az