İrəvanda aksiya: etirazçılar zavod rəhbərinin təklifini qəbul etmədilərbackend

İrəvanda aksiya: etirazçılar zavod rəhbərinin təklifini qəbul etmədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, zavodun sahibi “Çiçəklənən Ermənistan” partiyasının lideri Qarik Tsarukyandır. Etirazçılar zavodun sahibi ilə görüş, həmçinin əmək haqlarının artırılmasını tələb edirlər. Zavodun direktoru etirazçılarla danışıqlar aparmağa cəhd edib. İşçilərə bildirilib ki, sement zavodunun bir neçə blokunun qapadılması hesabına əmək haqlarının artırılması mümkündür. Lakin aksiya iştirakçıları bununa razılaşmayıb. Az öncə Q.Tsarukyan etirazçılarla mayın 25-də görüşə biləcəyi barədə vəd verib. Lakin tətil edən fəhlələr bununla razılaşmayıb görüşün tezləşdirilməsini tələb ediblər. Hazırda etiraz aksiyası davam edir. Qeyd edək ki, bu, zavod işçilərinin ilk aksiyası deyil.

Ümumiyyətlə, son günlər Ermənistanda davamlı aksiyaların keçirilməsi adi hala çevrilib. Ötən gün taksi sürücüləri ayağa qalxmışdı. Onlar mərkəzi yollardan birini bağlamışdılar. Həmçinin bir qrup etirazçı İrəvan meriayasına soxularaq, merin istefasını tələb edib. (musavat)

İnterpress.az