“Abituriyentlər intihar edəndə imtahanların nəticələri açıqlanmamışdı”- Məleykə Abbaszadəbackend

“Abituriyentlər intihar edəndə imtahanların nəticələri açıqlanmamışdı”- Məleykə Abbaszadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 13-ü keçirilən qəbul imtahanından sonra Sumqayıtda iki tələbənin az bal toplama səbəbindən intihar etməsi ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

M.Abbaszadə bildirib ki, valideynlər uşaqlarının qəbul imtahanlarında iştirakı məsələsinə olduqca həssas yanaşmalıdırlar: \”Mən həmişə öz çıxışlarımda valideynlərə müraciət edirəm. Bu prosesdə valideynlərdən çox şey asılıdır. Ailə istəyir ki, övladı ali təhsil alsın, bunu onun xoşbəxtliyi üçün istəyir. Lakin uşaq oxumaq istəmirsə, onu məcburi olaraq kitab oxumağa məcbur edirlər. Bəlkə uşağın hansısa sahə üzrə daha yaxşı bacarığı, əl qabiliyyəti var, o işlə məşğul olmaq istəyir. Bu yeniyetmələrin fikrini öyrənmək, onlarla dialoqda olmaq lazımdır. Valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini yeniyetmədən tələb etmək düz deyil\”.

M.Abbaszadə: \”Bu, bizə aid olan problem deyil. Bizim müxtəlif maarifləndirici çarxlarımız var. Orada imtahana necə hazırlaşmaq lazımdır və s. kimi maarifləndirici məlumatlar var. Valideynlər bu materiallarla tanış olmalıdır\” deyə bildirib.

Qeyd edək ki, mayın 13-də keçirilən qəbul imtahanlarından sonra iki abituriyent çoxmərtəbəli binadan özünü ataraq intihar edib. Yaxınları uşaqların qəbul imtahanlarında az bal topladıqları üçün intihar etdiyini bildiriblər.

İnterpress.az