Masallı İcra Hakimiyyətindən alpinistin dəfni ilə bağlı AÇIQLAMAbackend

Masallı İcra Hakimiyyətindən alpinistin dəfni ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev İnterpress.az-a bildirib ki, onun nəşi kəndə çatandan sonra İcra Hakimiyyətinin işçiləri dəfndə iştirak edəcək:

“Hələ ki, mərhum alpinistin nəşi rayona gəitirilməyib. Hələ yoldadılar. Məlumatımız var, biz də dəfndə iştirak edəcəyik. Belə hallar baş verən zaman, biz ümumiyyətlə, gedib onların dərdininə şərik oluruq. Müəyyən çətinlikləri olanda, kömək edirik. Hazırda ərazi nümayəndəsi və bələdiyyə nümayəndələri Şərəfə kəndindədilər, nə lazımdırsa, idarə edirlər. Yas mərasimi zamanı isə bütün xərcləri ola bilsin ki, biz qarşıladıq. Amma dəqiq deyə bilmərəm. Çünki, ola bilsin ki, özləri deyər ki, özümüz bütün xərcləri verəcəyik, bu zaman biz onlara nəsə deyə bilmərik ki, biz gələk sizə kömək edək. Amma Fövqəladə Hallar Nazirliyindən zəng eləyib desələr ki, siz yola verin, belə göstəriş olarsa, biz hər şeyi özümüz edəcəyik. Amma cənab başçı rafil Hüseynov dəfndə iştirak etməyəcək”.

Qeyd edək ki, Fəridə Cəbrayılzadənin meyiti rayonun Şərəfə kəndindəki qəbristanlıqda dəfn olunacaq.

Xatırladaq ki, ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar\” Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

Səid Qərib
İnterpress.az