Zülfüqarlı qardaşlarının oğlu Azərbaycanı təhqir etdi – FOTObackend

Zülfüqarlı qardaşlarının oğlu Azərbaycanı təhqir etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının kiçik oğlu Ramin Zülfüqarlı Azərbaycan vətəndaşı olduğuna görə utandığını bildirib.

İnterpress.az xəbər verir ki, iş adamının oğlu bu barədə şəxsi “İnstagram” səhifəsində paylaşdığı fotoya şərh olaraq qeyd edib.

“Nə qədər ki, Azərbaycan dövləti bu gündədir, o vaxta qədər Azərbaycan vətəndaşı olduğumdan utanacam”, – deyə R.Zülfüqarlı qeyd edib. O, daha sonra heç vaxt Azərbaycanda yaşamaq istəmədiyini bildirib.

Qeyd edək ki, Ramin Zülfüqarlı dəbdəbəli həyatı ilə daha çox dəbdəbəli həyat tərzi sürməsi ilə gündəmə gəlib.

Xatırladaq ki, Zülfüqarlı qardaşları kimi tanınan iş adamları 1993-cü ildə Türkiyədən Azərbaycana gələrək “Bakıelektroştamp” və “Bakıpoladtökmə” zavodlarını alaraq burada böyük investisiyalar qoyublar. Daha sonra Zülfüqarlı qardaşlardan biri – Loğman Zülfüqarlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilib.

L.Zülfüqarlının digər qardaşı, “Bakıpoladtökmə”nın direktoru Nurəddin Zülfüqarlı da eyni əməllərə görə təqsirləndirilərək əvvəllər həbs olunub.
Onu da qeyd edək ki, Türkiyədə yaşayan iş adamlar Zülfüqarlılar ilə Mənsimovlar ailəsi qudadırlar. Belə ki, Loğman Zülfüqarlının böyük oğlu Şahin Zülfüqarlı Mais Mənsimovun qızı ilə ailə həyatı qurub.

İnterpress.az