Lütfəli Babayev gənc bloggeri həbs etdirdi – İDDİAbackend

Lütfəli Babayev gənc bloggeri həbs etdirdi – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məktub sahibi Zərdab rayonu Çallı kənd sakini Məmmədova Sehri Nizami qızı oğlunun icra başçısı tərəfindən şərlənərək həbs olunduğunu deyir:

“Hörmətli İnsanlar mənim oğlum Məmmədov Qənimət Tehran oğlu heç bir cinayət törətməsədə Zərdab rayon icra başçısı Lütvəli Babayevin qəzəbinə tuş gəldiyi üçün onu şər-böhtanla həbs etdirib.Lütvəli Babayev öz çirkin əməlini sığortalamaq üçün pul gücünə camaatı aldadır ki, guya, Qənimət Məmmədov özünü müxbir kimi qələmə verib sosial şəbəkələrdə rüsvay edici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək sahibkarlardan pul tələb etdiyi üçün həbs edilib. Ancaq elin gözü tərəzidir. Əgər, mənim oğlum 7 nəfər o şəxslərdən hədə-qorxu ilə pul tələb etmişdisə və almışdısa nə üçün hüquq mühafizə orqanları xüsusi əməliyyat keçirib onu hədə qorxu gəlib pul alanda video çəkilişlə nömrələnmış pullarla həbs etmirdilər? Çünki mənim oğlum belə bir cinayət törətməyib. Bu cinayət işinin bir cinayətkarı var ki, oda icra başçısı Lütvəli Babayevdir”.

S.Məmmədova bildirir ki, oğlu Qənimətin barəsində şikayət edən \”zərərçəkən\”lər Zərdab meşə idarəsinin müdiri Bəxtiyar Fətəliyev, icra başçısı Lütvəli Babayevə məxsus ərzaq mağazasını işlədən Anar Qurbanov, Lütvəli Babayevin ortağı olan “Lukoil” Yanacaq Doldurma Məntəqəsinin müdiri Sadiq Məmmədov, Faiq Mürsəliyev adlı ruhi xəstə və Ucar rayonunda yerləşən Lütvəli Babayevin ortağı olduğu aptekləri işlədən Elvin İsgəndərovdur.

S.Məmmədovanın sözlərinə görə, oğlu Qənimət Zərdab rayonunda “Lukoil”da benzinə əlavə su qatqıların qatılması, benzinin çəkisindən kəsilməsi və kassa aparatından istifadə edilməməsi faktı barədə sosial şəbəkədə paylaşım edib. Buna görə də, YDM-nin müdiri Sahib Məmmədov Qənimətə zəng edib ölümlə təhdid edib.

S.Məmmədova bildirir ki, oğlunu rayondakı özbaşınalıqları işıqlandırdığına görə icra başçısı həbs etdirib:

“Mənim oğlum Qənimət heç kəsdən hədə-qorxu gəlmə ilə pul tələb etməyib almayıb yalandır onu icra başçısı Lütvəli Babayevin sifarişi ilə qondarma ittihamla həbsə atıblar. Qənimətin barəsində olan cinayət işi Azərbaycan Respublikasının Konstitusiyasının, Cinayət Prosessual Məcəllənin. Beynəlxalq və digər qanunların tələblərini açıq-aşkar kobud şəkildə pozmaqla açılmışdır. Buna qol qoyan vəzifəli şəxslərin özləri cinayət məsuliyyətinə cəlb edilmılidirlər.Qənimət icra başçısı Lütvəli Babayevin girovudur.Bu isə adam oğurluğu cinayətidir”.

Qeyd edək ki, məsələ ilə əlaqədar olaraq, Zərdab Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

İnterpress.az

Lütfəli Babayev gənc bloggeri həbs etdirdi - İDDİA

Lütfəli Babayev gənc bloggeri həbs etdirdi - İDDİA