Arvadını benzinlə yandıran şəxsə ağır cəza verildibackend

Arvadını benzinlə yandıran şəxsə ağır cəza verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının üzərinə benzin törərək yandırmaqda təqsirləndirilən Mayis Həsənova hökm oxunub.

Hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, M. Həsənov həyat yoldaşı Güldəstə Ağayeva ilə mübahisə etdikdən sonra maşından benzin götürüb evə qayıdıb. Qaz sobasında yemək bişirən arvadı Güldəstə Ağayevanın üzərinə töküb. G. Ağayevanın üz nahiyəsi yanıb, benzinin bir hissəsi yerə və Həsənovun öz üzərinə töküldüyü üçün o da müəyyən qədər yanıb.

M. Həsənov Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

İnterpress.az