Xərçəng üçün olan dərmanlar kişilərdə daha yaxşı effekt verir – Araşdırmabackend

Xərçəng üçün olan dərmanlar kişilərdə daha yaxşı effekt verir – Araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Medicina.az-a istinadən xəbər verir ki, bu İtaliyada aparılan araşdırmalar zamanı məlum olub.

Aparılan tədqiqat zamanı \”immunoterapiya” adlandırılan üsulla müalicə olunan xərçəng xəstələrinin həyatda qalma nisbətləri araşdırılıb. Mütəxəssislər daha əvvəl nümayiş olunan 20 tədqiqatda iştirak edən 11 mindən çox xəstənin nəticələri ilə tanış olublar. Xəstələrin üçdə ikisi kişi, üçdə biri isə qadın olub.

Tədqiqatçılar xərçəngin növü və istifadə edilən dərmandan asılı olmayaraq kişi xərçəng xəstələrinin daha uzun müddət həyatda qaldıqlarını qənaətinə gəliblər. Dərmanların kişilərdə ölüm ehtimalını 28 faiz azaltdığı müəyyən olunarkən, qadınlarda bu nisbətin 14 faiz olduğu görülüb.

İnterpress.az