Trampdan Avropa Birliyinə və Çinə sərt sözlər: “Çox ərköyün olublar”backend

Trampdan Avropa Birliyinə və Çinə sərt sözlər: “Çox ərköyün olublar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp \”Çin və Avropa Birliyi çox ərköyün bir hala gəldi. Digər ölkələr də çox ərköyün hala gəldi” deyib. Tramp Şimali Koreya liderliyi ilə planlaşdırılan zirvə baş tutarsa, Kim Çen İnin iqtidar təminatı verəcəklərini, əks təqdirdə sonunun Qəddafi kimi ola biləcəyini vurğulayıb.

Tramp NATO-nun baş katibi Yens Stoltenberq ilə Ağ Evdəki görüşünün ardınca media nümayəndələrinin suallarını cavablayıb.

Bu gün Vaşinqtonda ABŞ Xəzinə Nazirliyində amerikalı və çinli yetkililər arasında başlayan ikinci tur ticarət müzakirələri haqqında danışan Tramp müzakirələrin uğurla nəticələnməsindən \”şübhəli” qaldığını deyib: “Müzakirələr uğurlu olacaqmı? Şübhə ilə baxıram. Çünki Çin çox ərköyün vəziyyətə gəldi. Avropa Birliyi çox ərköyün hala gəldi. Digər ölkələr də çox ərköyün hala gəldi. Çünki onlar Amerikadan nə istəsələr, hər zaman yüzdə 100 əldə etdilər. Bundan artığının baş tutmasına icazə verə bilmərik”.

Avropa Birliyi, Yaponiya, Cənubi Koreya və digər ölkələrin illərdir ki, Amerikadan “vedrələr dolusu” pul çıxardığını iddia edən Tramp “Amerika üçün ticarət hər zaman tək tərəfli bir yol oldu” deyib.

Amerikanın Çin tərəfindən illərdir ki, aldadıldığını deyən Tramp aşağıdakıları vurğulayıb: “Buna görə Çini günahlandırmıram. Bizim ölkəmizin keçmişdəki liderlərini günahlandırıram”.

Tramp mart ayının əvvəlində idxal çəlik və alüminiuma növbəti ildə 25 və 10 faiz gömrük tarifi tətbiq olunacağını açıqlamışdı. Çin isə buna qarşılıq olaraq ABŞ-dan idxal edilən təxminən 3 milyard dollar dəyərindəki 128 adda məhsula yüzdə 15-lə yüzdə 25 faiz arasında vergi gətirəcəyini bildirmişdi.

Donald Tramp hökuməti aprel ayının əvvəlində Çindən idxal edilən və ümumi maya dəyəri 50 milyard dollara çatan təxminən 300 adda məhsula yüzdə 25 faiz əlavə gömrük tarifi gətirəcəyini bildirmişdi.

Çin isə buna qarşılıq olaraq ABŞ-dan idxal edilən 50 milyard dollar dəyərindəki 106 məhsula yüzdə 25 faiz vergi gətirəcəyini bildirmişdi. Amerikanın Çin ilə olan ticarət kəsiri 2016-cı ildə 347 milyard dollar olmuşdu.

Bununla yanaşı, Tramp iş birliyinin davam etdirilə bilməsi üçün Şimali Koreyaya geniş təminat verməyə hazır olduğunu bildirdi. Tramp iyun ayında planlaşdırılan zirvə görüşünü ləğv etmədiyini və ABŞ-la anlaşma imzaladıqları təqdirdə Şimali Koreyanın prezidenti Kim Çen İnin iqtidarını qoruması üçün “güclü etibarlılıq” verməyə hazır olduqlarını dedi.

Tramp, \”Kim ölkəsində qalacaq və Şimali Koreyanı idarə edəcək” dedi. Şimali Koreya hakimiyyəti 12 iyunda Sinqapurda həyata keçirilməsi planlaşdırılan zirvə görüşünü ləğv etməklə bağlı təhdid səsləndirmişdi. (musavat)

İnterpress.az