Zahid Oruc: “Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirəm…”backend

Zahid Oruc: “Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirəm…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda valideyn övladının SAT (Scholastic Aptitude Test) imtahanlarını verməsi üçün Gürcüstana gedir. Məlum olur ki, bu sahədə oturuşmuş, sistemli, mütəşəkkil cinayətkarlıq var. Beynəlxalq mərkəzlərdə, Britaniya və Amerikada bizim nəticələri tanımırlar, çünki çox ciddi korrupsiya var, nəticələr süni şəkildə şişirdilir” – deyə, Z.Oruc bildirdi.

Deputat qeyd etdi ki, insan vəsait xərcləyərək, Gürcüstana gedirlər, orada imtahan verirlər: “Bununla bizim təhsil imicimiz ləkələnir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirəm ki, bu faktları araşdırsın. Niyə beynəlxalq aləmdə irad almalıyıq?”

Daha sonra Z.Oruc dedi ki, bu günlərdə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdən bəhs etdi: “Orada müşahidə etdim, olimpiadada iştirak etmiş və qalib olmuş 300 şagirddən 120 nəfərinin gözündə eynək var idi. Bu, çox ciddi məsələdir. Niyə onların gözləri zəifləyib? Bu şagirdlər millətin qürurverici təbəqəsidir. Biz onlarla qürur duyuruq. Bəlkə biz qida rasionunu dəyişməliyik, ya başqa addımlar atmalıyıq. Bütün hallarda məktəbliləri əhatə edən bu problemin həllinə yönəlik işlər görməliyik”.

İclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov Z.Oruca irad tutdu: “Zahid müəllim, hər şeydən danışdınız, bircə qanun layihəsindən başqa… Xahiş edirəm, hörmətli deputatlar, qanun layihəsi barədə danışın”.

Z.Oruc isə bildirdi ki, o, məhz qanun layihəsinə aid olan məsələləri qaldırıb. (musavat)

İnterpress.az