Taksi fəaliyyəti ilə məşğul olacam – Dələduzluqda ittiham olunan QHT sədri Kəmalə Ağazadəbackend

Taksi fəaliyyəti ilə məşğul olacam – Dələduzluqda ittiham olunan QHT sədri Kəmalə Ağazadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

QHT sədri Kəmalə Ağazadə \”Lent.az\” saytının \”Facebook\”dakı səhifəsinin canlı efirinə qonaq olub.

İnterpress.az-ın canlı yayımı izləyən əməkdaşının sözlərinə görə, QHT sədri canlı yayımda aparıcı Səbinə Əvəzqızının suallarını cavablandırıb. O, başına gələn hadisələrdən söz açaraq barəsində məhkəməyə şikayət olunmasından danışıb.

Sığınacağın fəaliyyətindən danışan K.Ağazadə bildirib ki, bir gün sığınacağa gedərkən oranın boş olmasını görmək istəyir: \”Bizdə ən balaca uşaq 6 aylıqdır. Ən böyük arzularımdan biri də odur ki, bir gün sığınacağa gedən zaman orada heç bir uşağın olduğunu görməyim. Hamısı ev-eşik sahibi olsunlar. Hamısının özlərinə məxsus evləri olsun. O zaman sığınacaqda kimsə olmasa, mən avtomatik işsiz olacam. Amma razıyam. Avtomobilimin üzərinə taksi lövhəsi qoyub taksi fəaliyyəti ilə məşğul olaram. Burda nə var ki?. Ən ağrılı orasıdır ki, bu gün mən Ağır Cinayətlər Məhkəməsində bir kabinetdə tabeliyimdə olan bir uşağı hüquqlarını müdafiə edirəm, digər kabinetdə isə öz məhkəməm gedir. Mən heç nəvələrimə o qədər vaxt ayıra bilmirəm. Amma sığınacaqdakı uşaqlara çoxlu vaxt ayırıram. Onlar mən ora gedən kimi qaçaraq boynumu qucaqlayırlar\”.

Qeyd edək ki, K. Ağazadə Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqları Birliyinin dələduzluqda və rüşvətə təhrik etməkdə ittiham olunan QHT sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

İnterpress.az