Azərbaycan və Qırğız prezidentləri arasında telefon danışığı olubbackend

Azərbaycan və Qırğız prezidentləri arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 18-də Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əməkdaşlığa dair aktual məsələləri müzakirə edib, bundan əvvəl əldə olunmuş razılaşmaların praktiki şəkildə həyata keçirilməsi və ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafının perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

İnterpress.az