YENİLİK! Aqrobağlar salınacaqbackend

YENİLİK! Aqrobağlar salınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin (\”Azəryaşlandşaft\” ASC) sədri Ramik Əşrəfov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ASC tərəfindən bu ilin ilk 4 ayı ərzində 35 hektarda 16500 ədəd zeytun , badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb. Əkilən ağaclar nazirliyin tinglik sahələrində yetişdirilib. Hazırda tinglik sahələrində 2635870 ədəd müxtəlif cinsli tinglər mövcuddur. 2018-ci ilin payızında isə 921000 ədəd meyvə tinglərinin yetişdirilməsi nəzərdə tutulub.

R.Əşrəfov bildirib ki, 2008-ci ildən indiyə qədər respublikanın magistral avtomobil yollarının kənarında 4443 hektar ərazidə 5439580 ədəd müxtəlif cinsli ağac tikilib.

İnterpress.az